"İnter" itki ilə üzləşib. Fanat.az xəbər verir ki, baş məşqçi Şahin Diniyev Sezar Meza Kollinin xidmətindən məhrum olub.
Belə ki, paraqvaylı futbolçu cəzalı duruma düşüb. AZAL-la oyunun 19-cu dəqiqəsində hakimin qərarına etiraz etdiyinə görə cəzalanan Sezar sarı vərəqə limitini doldurub. Cari mövsümdə 4-cü dəfə cəzalanan futbolçu XXX turun "Kəpəz"ə qarşı oynamayacaq.
Fanat.az