Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyanın oğlu Artur Ohanyan Qarabağda gedən döyüşlərdə yaralanıb.
Fanat.Az xəbər verir ki, bu barədə "Sputnik Armenia” məlumat yayıb.
Xəbərə görə, Seyran Ohanyanın vəkili Karen Mejlumyan informasiyanı təsdiqləyib.
"O, xəsarət alıb və xəstəxanalardan birindədir. Başqa təfərrüatları açıqlaya bilmərəm", - Mejlumyan deyib.
Qeyd edək ki, dünən Seyran Ohanyanın da Şuşa ətrafında gedən döyüşlərdə ağır yaralanması xəbəri yayılıb.
Fanat.Az