"Sevilya" - "Qarabağ" oyununda Al-Hakim baş hakim olacaq

"Sevilya" - "Qarabağ" oyununda Al-Hakim baş hakim olacaq

Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində baş tutacaq "Sevilya" - "Qarabağ" matçının hakimlərinin adları bəllidi.

Fanat.Az-ın UEFA-nın saytına istinadən xəbər verir ki, oyunu İsveçdən olan hakimlər briqadası idarə edəcək.

Sevilyada baş tutacaq görüşdə Mohammed Al-Hakim baş hakim olacaq. Ona Fredrik Kliver və Mahbod Beigi köməklik edəcəklər. 4-cü hakim funksiyasını Martin Strömberqsson yerinə yetirəcək.

 

Qeyd edək ki, "Ramon Sançes Pisxuan" stadionunda reallaşacaq duel noyabarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər