Səudiyyə Ərəbistanından Mauro İkardiyə möhtəşəm təklif - İDDİA

Səudiyyə Ərəbistanından Mauro İkardiyə möhtəşəm təklif - İDDİA

Ötən mövsümün çempionu "Qalatasaray" icarə müqaviləsinin müddəti başa çatan Mauro İkardinin transferi üçün var gücü ilə çalışır.

Fanat.Az xəbər verir ki, "sarı-qırmızlar" bu yöndə  işlərini davam etdirərkən argentinalı futbolçuya Səudiyyə Ərəbistanından inanılmaz təklif gəldiyi deyilir.

"Qalatasaray"da İkardinin transferi gündəmin ən önəmli mövzularından biridir. Son çempion  argentinalı futbolçunu heyətinə qatmaq cəhdlərində israrlı olsa da, Səudiyyə Ərəbistanının "Əl Taavon"u vəziyyəti dəyişə bilər.

Karyerasını Türkiyədə davam etdirmək istəyən Mauro ərəblərin  25 milyon avroluq təklifinə hələ ki, "yox" deyə bilmir.

Türkiyə mətbuatına inansaq, İkardinin xidmətində daha bir Səudiyyə Ərəbistanı klubu da maraqlıdır. Yaxın günlərdə "Əl Şabab"dan da sürpriz təklif olacağı iddia edilir. 

Rafael

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər