“Sərhədçi”də baş məşqçi dəyişikliyi

“Sərhədçi”də baş məşqçi dəyişikliyi

Mövsümün ikinci yarısına hazırlaşan “Sərhədçi” basketbol komandasında baş məşqçi dəyişikliyi gerçəkləşib.

Fanat.Az xəbər verir ki, serbiyalı mütəxəssis Vladimir Boşnyakla yollar ayrılıb.

Onu bu postda türkiyəli Evren Alkaya əvəzləyib.

Qeyd edək ki, Evren Alkaya həm də qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisidir. “Sərhədçi” Azərbaycan Basketbol Liqasında 9 oyundan sonra 11 xalla 9-cu pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər