Serb basketbolçudan tarixi rekord

Serb basketbolçudan tarixi rekord

"Denver"in basketbolçusu Nikola Yokiç ABŞ-nin Milli Basketbol Assosiasiyasının (NBA) tarixində rekorda imza atıb.

Fanat.Az-ın məlumatına görə, 29 yaşlı oyunçu buna "Minnesota"ya uduzduqları (116:119) qarşılaşmada nail olub.

Serbiyalı idmançı müntəzəm mövsümdə ilk beş görüşdə 152 xal, 58 ribaund və 50 məhsuldar ötürmə ilə yadda qalıb.

Beləliklə, Yokiç startdakı beş oyunda 150 xal, 50 ribaund və 50 assist həddinə çatan ilk basketbolçudur.

Qeyd edək ki, təcrübəli oyunçu son qarşılaşmada 26 xal, 9 ribaund və 13 məhsuldar ötürmənin müəllifi olub.

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər