"Şəki" evdə üzüldü

"Şəki" evdə üzüldü

Azərbaycan Basketbol Liqasında XV tura yekun vurulub.

Fanat.Az xəbər verir ki, turun son görüşü Şəkidə reallaşıb.

Şəhərin eyniadlı komandası "Sumqayıt"ı qəbul edib. Qarşılaşma qonaqların qələbəsi ilə bitib - 98:83.

Bu nəticədən sonra 20-ci xalını qazanan "gənclik şəhəri" təmsilçisi 7-ci sıradakı "Cəlilabad"a çatıb. "Şəki" 15 xalla sonuncudur.

Qeyd edək ki, XV turda "Neftçi" "Gəncə"ni (97:62), "NTD İndiqo" "Sərhədçi"ni (84:74), "Xəzri" "Xırdalan"ı (108:82), "Sabah" "Cəlilabad"ı (90:76) məğlub edib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər