Şehiç “Qarabağ”a qayıdır – Özü razılaşdı

Şehiç “Qarabağ”a qayıdır – Özü razılaşdı
"Qarabağ” sabiq qapıçısı İbrahim Şehiçi qaytarmaq üzrədir.
Fanat.az qol.az-a istinadən xəbər verir ki, Ağdam təmsilçisi futbolçunun klubu Türkiyə "Ərzurumspor” ilə danışıqların son mərhələsindədir. Əgər razılıq əldə edilsə, Şehiç qısa zaman ərzində "Qarabağ”a qoşulacaq. Bosniyalı qolkiper özü artıq Azərbaycan qayıtmağa razılıq verib.
Əldə etdiyimiz digər xəbərə görə, bu məsələ bu gün ərzində həllini tapmalıdır.
Xatırladaq ki, Şehiç 2013-18-ci illərdə "Qarabağ”da oynayıb. Ötən il isə o, müqaviləsi başa çatdıqdan sonra Türkiyənin "Ərzurumspor” klubuna keçib. 
 
Fanat.az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər