Sebalyos "Qızıl top"a namizədini açıqladı - O, "Real Madrid"dən deyil

Sebalyos "Qızıl top"a namizədini açıqladı - O, "Real Madrid"dən deyil

"Real Madrid"in keçmiş yarımmüdafiəçisi, hazırda "Betis" də oynayan Dani Sebalyos "Qızıl top"un kimə veriləcəyi barədə namizədini açıqlayıb.

Fanat.Az xəbər verir ki, "Madrid Xtra" onun dediklərini belə çatdırıb:

"Qızıl top"un qalibi? Fabian Ruis! O, olmasa, Mbappe deyərdim".

30 yaşlı ispaniyalının seçimini həmyerlisi, PSJ-də oynayan Fabian Ruislə bağlı etməsi təsadüfi deyil. "Betis" in yetirməsi olan Fabian Fransa nəhəngi ilə Çempionlar Liqasını, eləcə də İspaniya millisi ilə dünya çempionatını qazanıb.

Sebalyos 9 il "Real Madrid"də oynayıb. Sentyabrın əvvəlində o, doğma "Betis"ə azad agent kimi qayıdıb. 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər