"Səbail" "Qarabağ-2" ilə bacarmadı

"Səbail" "Qarabağ-2" ilə bacarmadı

Premyer Liqa təmsilçisi "Səbail" yoxlama oyununda qüvvəsini sınayıb. 

Fanat.Az xəbər verir ki, mövsümün ikinci yarısına Bakıda hazırlaşan "dənizçilər" "Qarabağ"ın əvəzedici komandası ilə qarşılaşıb.

"Dalğa Arena"da baş tutan matçda qapılara qol vurulmayıb (0:0). 

Qeyd edək ki, "Səbail" yanvarın 18-də və 24-də "Keşlə" ilə, yanvarın 21-də isə MOİK-lə gücünü sınayacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər