"Şamaxı"nın baş məşqçisi: "Komandada psixoloji durum çox pisdir"

"Şamaxı"nın baş məşqçisi: "Komandada psixoloji durum çox pisdir"

“Şamaxı”nın baş məşqçisi Rüstəm Əliyev Azərbaycan Premyer Liqasının 28-ci turu çərçivəsində “Zirə”yə qarşı keçirdikləri oyunu şərh edib.

Fanat.Az xəbər verir ki, gənc mütəxəssis 0:0 hesabı ilə bitən matç haqda bunları söyləyib:

“Zirə”ni bürünc medal qazanması münasibətilə təbrik edirəm. Konfrans Liqasına vəsiqə qazandılar, kubokun da finalındadırlar. Onlara uğurlar arzulayıram. Rəqib üçüncü yeri tutub.

Bizə gəlincə, komandada psixoloji durum çox pisdir. Ardıcıl məğlubiyyətlər futbolçulara da təsir edir. Ağır oyun olacağını bilirdik. Həftə ərzində oyunçulara tapşırmışdıq ki, özlərinə inamları olsun. Çıxıb döyüşmək lazım idi. Futbolçularım tapşırıqları yerinə yetirdilər. Komandama da uğurlar arzu edirəm”.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər