Şamaxıdakı ilk oyun FIFA referisinə tapşırıldı

Şamaxıdakı ilk oyun FIFA referisinə tapşırıldı

Futbol üzrə Azərbaycan Premyer Liqasının XXII turunda keçiriləcək oyunların təyinatları açıqlanıb.

Fanat.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, aprelin 9-da oynanılacaq “Şamaxı” – “Neftçi” görüşü FIFA referisi Elçin Məsiyevə tapşırılıb.

Aprelin 10-dakı “Sumqayıt” – “Qarabağ” qarşılaşmasını digər FIFA referisi Əliyar Ağayev idarə edəcək.

Azərbaycan Premyer Liqası XXII tur 9 aprel (şənbə)

14:00. “Şamaxı” – “Neftçi” Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu Hakim-inspektor: Ramil Diniyev AFFA nümayəndəsi: Elgiz Abbasov Şamaxı şəhər stadionu.

17:00. “Sabah” – “Zirə” Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Vüsal Məmmədov, Nicat İsmayıllı Hakim-inspektor: Anar Salmanov AFFA nümayəndəsi: Bəhram Qurbanov Bank Respublika Arena

10 aprel (bazar)

18:30. “Sumqayıt” – “Qarabağ” Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Allahverdiyev Hakim-inspektor: Asim Xudiyev AFFA nümayəndəsi: Eldəniz Musayev Kapital Bank Arena.

20:30. “Səbail” – “Qəbələ” Hakimlər: Vüqar Həsənli, Cəmil Quliyev, Rəhman İmami, Rəvan Həmzəzadə Hakim-inspektor: İmanxan Sultani AFFA nümayəndəsi: Ramiz Mustafayev ASCO Arena.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər