"Şamaxı" yaranma tarixini dəyişdi

"Şamaxı" yaranma tarixini dəyişdi

"Şamaxı" klubu yeni loqosunda yaranma tarixini dəyişib.

Fanat.Az xəbər verir ki, bu barədə "Şamaxı"nın İdarə Heyətinin sədri Elçin Usub jurnalistlərə açıqlamasında bildirib.

O, klubun loqosunda 1997-ci ildə yaradılmış "Xəzər Universiteti" komandasının təsis ilini götürdüklərini açıqlayıb: "Varislik məsələsi uzun müddət müzakirə olundu. Bunun üzərində çox dayanmaq istəməzdim. Bəli, 1997-ci il "Xəzər Universiteti"nin yaranması ilə bağlıdır. Biz kökümüzü "Xəzər Universiteti"nin yaranmasından götürürük".

"Şamaxı"nın təqdimat mərasiminə dəvət olunmuş sabiq "Xəzər Universiteti"nin təsisçisi və prezidenti Hamlet İsaxanlı isə bölgə komandasına xeyir-dua verib.

Qeyd edək ki, "Xəzər Universiteti"ndən sonra onunda davamçısı sayılan "İnter"də yaradılış tarixi kimi 2004-cü il göstərilirdi.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər