"Şamaxı" qapıçısı ilə vidalaşdı

"Şamaxı" qapıçısı ilə vidalaşdı

Azərbaycan I Liqasının qalibi olan "Şamaxı" qapıçısı Əkpər Vəliyevlə vidalaşıb.

Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 23 yaşlı qolkiper yeni mövsüm öncəsi klubdan ayrılan ilk futbolçu olub.

Müqavilə müddəti başa çatan qolkiperlə yeni anlaşma imzalanmayıb.

Qeyd edək ki, "Şamaxı" 2024/2025 mövsümündən etibarən Misli Premyer Liqasında çıxış edəcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər