“Şamaxı” da Antalyaya yollandı

“Şamaxı” da Antalyaya yollandı

“Şamaxı” qış təlim-məşq toplanışının ikinci mərhələsi üçün bu gün Türkiyənin Antalya şəhərinə yollanıb.

Fanat.Az xəbər verir ki, 11 gün "Kamelya Selin" otelində məskunlaşacaq komanda bu müddətdə 3 yoxlama oyunu keçirəcək.

11 yanvarda Qazaxıstanın "Kaysar" və Rumıniyanın "Botaşani" klublarıyla qarşılaşacaq "Şamaxı" toplanışın son matçında yanvarın 18-də Serbiyanın "Napredak" klubu ilə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər