“Şamaxı” Antalyada ilk məşqə çıxdı

“Şamaxı” Antalyada ilk məşqə çıxdı

Ötən gün Türkiyəyə təlim-məşq toplanışına yollanan “Şamaxı” Antalyada ilk məşqinə çıxıb.

Fanat.Az xəbər verir ki, fitnes zalında başlayan məşqdə futbolçular fiziki təmrinləri yerinə yetirib.

Daha sonra hazırlıq meydançada davam edib. İsinmə hərəkətlərinin ardından komanda topla tapşırıqları yerinə yetirib.

Xatırladaq ki, 11 gün Antalyada hazırlıq keçəcək komanda bu müddətdə 3 yoxlama oyununa çıxacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər