Şahruddin 4 ay sonra geri döndü

Şahruddin 4 ay sonra geri döndü

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev dörd aydan sonra yaşıl meydanlara qayıdıb.

Fanat.Az xəbər verir ki, 30 yaşlı futbolçu “köhlən atlar”ın “Qəbələ”yə qarşı keçirəcəyi Azərbaycan kubokunun 1/8 final mərhələsinin matçında start heyətində yer alıb.

Oyun saat 16:00-da start götürüb.

Qolkiper cari ilin avqustunda məşqdə zədələndikdən sonra əməliyyat olunmuşdu. Məhəmmədəliyev sonuncu dəfə avqustun 2-də, Premyer Liqanın 1-ci turunda “Araz-Naxçıvan”a 4:1 hesabı ilə qalib gəldikləri görüşdə meydanda olub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər