Sabiq "Qarabağ"lı Bosniya və Herseqovina klubunda

Sabiq "Qarabağ"lı Bosniya və Herseqovina klubunda
"Qarabağ"ın sabiq qapıçısı Miro Varvodiç karyerasını Bosniya və Herseqovinada davam etdirəcək. 
 
Fanat.Az xəbər verir ki, 31 yaşlı xorvatiyalı əlcək ustası sözügedən ölkənin "Zrinski" klubuna keçib.
Varvodiçin müqaviləsi 2022-ci ilin yayına qədər nəzərdə tutulub.
Qeyd edək ki, Miro Varvodiç 2012-ci ildə "Qarabağ"la iki illik müqavilə imzalamışdı. O, bir il sonra sözləşməni qarşılıqlı razılıq əsasında ləğv edib və Ağdam təmsilçisindən ayrılıb.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər