“Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Olimpik Marsel” heyətini məşhur futbolçu ilə gücləndirmək istəyir.
Fanat.Az Çilinin AS nəşrinə istinadən xəbər verir ki, Fransa klubu qış fasiləsində “İnter”in üzvü Arturo Vidalı transfer etməyə çalışacaq.
2012-2016-cı illərdə Çili millisinə rəhbərlik etmiş “Marsel”in argentinalı baş məşqçisi Xorxe Sampaoli “Yuventus”, “Bayern”, “Barselona” kimi klublarda oynamış sabiq yetirməsini komandasında görmək istəyir.
“İnter”də aylıq maaşı 500 min avro olan 34 yaşlı yarımmüdafiəçinin “neradzurra” ilə müqavilə müddəti mövsümün sonuna qədər olsa da, əsas heyətə düşə bilmədiyi üçün o, yanvarda ayrılmağı planlaşdırır.
Qeyd edək ki, “Marsel”lə “Qarabağ” arasında oyunlar fevralın 17-də və 24-də baş tutacaq.