Ronaldinyo 46 yaşında karyerasını bərpa etdi - RƏSMİ

Ronaldinyo 46 yaşında karyerasını bərpa etdi - RƏSMİ

Brazilyaylı futbolçu Ronaldinyo İtaliyanın "Ravenna" klubunun yeni futbolçusu kimi təqdim olunub.

Fanat.Az xəbər verir ki, informasiyanı "Marca" yayıb.

Təqdimat mərasimi Ravenna şəhərində keçirilib. Braziliyalı futbolçu səhnəyə klubun 10 nömrəli və üzərində öz soyadı yazılmış forması ilə çıxıb. Mərasim zamanı oyunçu öz fikirlərini səsləndirib:

"Burada dostlarımla birlikdə olduğum üçün çox xoşbəxtəm. Bizim yaxşı işlər görə biləcək komandamız var. Oynayıb-oynamayacağımı bilmirəm, bunu yalnız məşqçi bilir. İtaliyaya qayıtmaq çox gözəldir. Mən buradayam ki, komanda yoldaşlarıma qalib gəlməkdə kömək edim. Gördüyünüz kimi, yaxşı formadayam və özümü yaxşı hiss edirəm. Karyeramda 300-cü qolumu vura bilsəm, bu, daha da möhtəşəm olar".

Ulduzun artıq 46 yaşı tamam olub. O, eyni zamanda klubun investorlarından biridir. 

Əlisahib İbrahimli

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər