“Roma”nın baş məşqçisi "Qarabağ"dan danışdı

“Roma”nın baş məşqçisi "Qarabağ"dan danışdı

“Roma”nın baş  məşqçisi Eusebio di Françesko Çempionlar Liqasının qrupunun püşkünə münasibət bildirib.

O, rəqibləri olan “Çelsi”, “Atletiko” və “Qarabağ” barədə danışıb.

“Mən püşkatmaya komandamla birgə baxdım. “Çelsi” və “Atletiko” böyük klubdur. “Qarabağ” qrupun ən zəifi hesab oluna bilər. Amma onların oyununu qiymətləndirməmək olmaz. Son 4 ildə “Atletiko” iki dəfə ÇL-in finalında oynayıb. Onlar belə səviyyədə oynamağa öyrəşiblər. Madridlilər yaxşı futbol oynamaya bilərlər, amma həmişə yaxşı nəticə qazanırlar. “Çelsi” də çox güclüdür. Onların Antonio Konte kimi yüksək səviyyəli məşqçiləri var”.

Eusebio di Françesko deyib ki, onlar çətin qrupa düşüblər: "Amma biz üçüncü səbətdə yer aldığımızdan bu, gözlənilən idi. Bilirdik ki, bizi güclü komandalar gözləyir. Bizim qrupdakı hər bir komandaya hörmətimiz var. Əlimizdən gələni edəcəyik ki, uğurlu nəticə qazanaq".

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər