Rodri “toxunulmaz” elan edildi

Rodri “toxunulmaz” elan edildi

"Mançester Siti" ispaniyalı yarımmüdafiəçi Rodri ilə bağlı qərarını verib.

Fanat.Az xəbər verir ki, klub rəhbərliyi futbolçunun komandadakı yerinin toxunulmaz olduğunu açıq şəkildə bildirib.

Məlumata görə, "Real Madrid" Rodrini heyətinə qatmaq istəyib, lakin “şəhərlilər” bu təklifə qəti şəkildə “yox” cavabı veriblər. “Siti” rəhbərliyi hesab edir ki, Rodri Pep Qvardiolanın sistemində əvəzolunmaz oyunçudur və onun satılması komandanın balansını poza bilər.

Klub mənbələri bildirir ki, “Mançester Siti” üçün Rodrinin satılması “nəyin bahasına olursa olsun” mümkünsüzdür. İngiltərə təmsilçisi futbolçu üçün gələcəkdə gələcək təkliflərə də açıq olmayacaq.

İspan futbolçu 2019-cu ildən klubun heyətində çıxış edir və bu müddətdə:

  • 1× Çempionlar Liqası
  • 4× Premyer Liqa
  • 1× Klub Dünya Kuboku
  • 2× İngiltərə Kuboku titulları qazanıb.

Kamil Xudiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər