Rocers vəfat etdi

Rocers vəfat etdi

Milli Basketbol Assosiasiyasında (NBA) çıxış etmiş Rodni Rocers vəfat edib.

Fanat.Az xəbər verir ki, məlumatı ABŞ-dən olan idmançının sabiq klubu "Bruklin Nets"in mətbuat xidməti yayıb.

54 yaşında həyatla vidalaşan Rocers 2008-ci ilin noyabrında motosikletlə qəzaya uğramış, həmin hadisədən sonra iflic olmuşdu.

Qeyd edək ki, 1999/2000 mövsümünün ən yaxşısı seçilmiş Rodni peşəkar karyerası ərzində "Denver", "Los Anceles Klippers", "Finiks", "Boston Seltiks", "Nyu-Cersi Nets", "Nyu-Orlean Pelikans" və "Filadelfiya" kimi komandalarda oynayıb. O, 2002/2003 mövsümündə "Nyu-Cersi Nets"in heyətində NBA-nın finalında mübarizə aparıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər