Milli komandamız və "Astana”nın üzvü Riçard Almeyda "Qarabağ"a qayıdacağı ilə bağlı xəbərləri təkzib edibş
Fanat.Az xəbər verir ki, o, bu barədə sports.kz saytına müsahibəsində deyib.
Bir neçə gün öncə "Qarabağ”a qayıdacağı ilə bağlı Braziliya mətbuatında yer alan fikirlərinə mübasibət bildirən futbolçu belə söz demədiyini söyləyib: "Bunlar yalan məlumatlardı. İnanmayın. Braziliyadan olan jurnalistə müsahibə verdim. Dedim ki, nə vaxtsa "Qarabağ”a qayıtmağım mümkündür. Amma bunun yaxın gələcəkdə olacağını söyləməmişəm. Onlar mənim fikirlərimi təhrif ediblər. "Astana" ilə hələ 2 illik müqaviləm var. Sözləşmənin sonuna qədər burada oynamaq istəyirəm”.
Fanat.Az