Reynaldo Silva "Adanaspor"dan ayrılıb. Fanat.Az xəbər verir ki, "Qarabağ"ın sabiq hücumçusu Türkiyə klubu ilə müqaviləsini qarşılıqlı razılıq əsasında pozub.
27 yaşlı futbolçu İsveçrəyə yollanıb. Onun bu ölkənin iddialı komandalarından "Yanq Boyz"la müqavilə bağlayacağı deyilir. Braziliyalı futbolçunun tibbi müayinədən keçərək rəsmi sözləşməyə imza atacağı bildirilir.
"Yanq Boyz" Reynaldoya tanış komandadı. 2 il əvvəl "Qarabağ" hər 2 görüşdə (ümumi hesab 4:0) Bern klubunu məğlub edərək Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmışdı. Bakıdakı cavab görüşünün 43-cü dəqiqəsində "Qarabağ"ın 2-ci qoluna imza atmış Reynaldo o vaxtdan bu klubun diqqət mərkəzində qalıb.
Qeyd edək ki, Reynaldo qışda "Qarabağ"dan ayrılaraq “Adanaspor”la 2,5 illik müqavilə imzalamışdı. O, Super Liqa klubunda cəmi 9 oyun keçirib və meydanı qolsuz tərk edib.
Fanat.Az