Respublika stadionu "Qarabağ" - "Olimpiakos" oyununa hazırdır - REPORTAJ

Respublika stadionu "Qarabağ" - "Olimpiakos" oyununa hazırdır - REPORTAJ

Sabah UEFA Avropa Liqasının IV turu çərçivəsində "Qarabağ"  Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. "Köhlən atlar" Pirey təmsilçisini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Fanat.Az stadionun hazırki durumu ilə bağlı reportaj hazırlayıb.

Son məlumata görə oyuna artıq 29 min bilet satılıb. Klubun mətbuat xidmətinin məlumatına görə, daha 2000 bilet satışa çıxarılıb. Artıq biletləri əldə etmək üçün  stadionun kassalarının qarşısında azarkeşlər növbəyə dayanıb. 

Respublika stadionu "Qarabağ" - "Olimpiakos" oyununa hazırdır - REPORTAJRespublika stadionu "Qarabağ" - "Olimpiakos" oyununa hazırdır - REPORTAJ

Oyunu izləmək üçün Azərbaycanın bölgələrindən də gələn futbol fanatlarının sayı az deyil. Bu gün Astara, Saatlı, Bərdə və Tovuzdan ümumilikdə 20-dən çox azarkeşə rast gəldik. Zaqataladan gələn Arzuman adlı tərəfdar saytımıza açıqlamasında "Qarabağ"ın Şimal zonası üzrə fan klubunu yaradacağını bildirdi. O, həm də qeyd etdi ki, oyunu izləməyə ailəlikcə gəliblər və 8 bilet alacaq.

Bilet almaq üçün növbə gözləyən azarkeşlərdən biri isə insanlara səslənərək onları matç zamanı siqaret çəkməməyə və tumdan mümkün qədər az istifadə etməyə çağırdı.

Matçın keçiriləcəyi meydançanın ot örtüyünün vəziyyətini də nəzərdən keçirdik.

Respublika stadionu "Qarabağ" - "Olimpiakos" oyununa hazırdır - REPORTAJQazon əla vəziyyətdədir və ona qulluq olunur.

Respublika stadionu "Qarabağ" - "Olimpiakos" oyununa hazırdır - REPORTAJ

Nəzarətçilərdən biri bildirdi ki, oyun günü qonaq komanda belə bir stadionda çıxış edəcəyindən zövq alacaq.

Meydançanın ətrafında təmizlik işləri də aparılır.

Respublika stadionu "Qarabağ" - "Olimpiakos" oyununa hazırdır - REPORTAJ

Onu da qeyd edək ki, matç günü üçün yüksək səviyyədə təhlükəsizlik tədbirləri də görülür.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər