Rəqibimizin baş məşqçisi: "Qarabağ"ın Avropa təcrübəsi var" 

Rəqibimizin baş məşqçisi: "Qarabağ"ın Avropa təcrübəsi var" 

UEFA Konfrans Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Omoniya"nın (Kipr) baş məşqçisi Henninq Berq H qrupundakı vəziyyəti dəyərləndirib. 

Fanat.Az "Kerkida.net" saytına istinadən xəbər verir ki, 52 yaşlı mütəxəssis qrupdakı komandaların güclərinin bərabər olduğunu deyib: 

"Balanslaşdırılmış bir qrupdayıq. Komandaların gücləri bərabərdir. "Qarabağ" (1:4) və "Kayrat"la (0:0) matçlarda xal toplamağa yaxın idik. Çempionluq bizim üçün prioritetdir, amma Avropa yarışlarında sadəcə vaxt öldürmək fikrində deyilik. Bu qrupdakı bütün rəqibləri məğlub edə bilərik. Növbəti turun şansları barədə hələlik danışmaq çətindir. "Bazel" və "Qarabağ"ın Avropa təcrübəsi var. Oynamaq və mübarizəni davam etdirmək lazımdır".

Xatırladaq ki, "Qarabağ" - "Omoniya" qarşılaşması noyabrın 25-də Bakıda, Tofik Bəhramov adına stadionda keçiriləcək. Matç 21:45-də start götürəcək.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər