"Rəqibə ilk iki qolun ötürməsini bizim oyunçular verdilər" - "Şamaxı"nın baş məşqçisi

"Rəqibə ilk iki qolun ötürməsini bizim oyunçular verdilər" - "Şamaxı"nın baş məşqçisi

Birinci Liqanın çempionluğa iddialı kollektivlərindən olan "Şamaxı" 5-ci turda öz meydanında "Mingəçevir" ilə qarşılaşdı. Görüş "aslanlar"ın 2:3 hesablı məğlubiyyəti ilə başa çatdı. "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli ilə əlaqə saxlayıb dünənki yenilgi barədə fikirlərini öyrəndik.

Əsgərlinin Fanat.Az-a açıqlaması belə oldu:

"Oyun da dominant futbol sərgilədik. Statistika çıxarılsa, bəlkə də 90 faiz top bizim komandada olub. Təssüf ki, ilk yarıda buraxdığımız iki qol qapımıza fərdi səhvlər üzündən vuruldu. Səhv deyərkən konkret, rəqibə ilk iki qolun ötürməsini yanlışlıqla bizim oyunçular verdilər. Bundan sonra oyunda dönüş yaradıb hesabı bərabərləşdirdik, hətta qələbə qolunu vurmaq üçün komanda şəklində irəli atılmışdıq. Ani top itkisindən sonra qapımızda ək-hücum sayəsində vurulan qol gördük və məğlub olduq. Futboldur, olur belə hallar. Gələn oyunlarda çalışıb vəziyyəti düzəldəcəyik".

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər