Region Liqasının finalı Şamaxıda olacaq

Region Liqasının finalı Şamaxıda olacaq

AFFA-nın təşkil etdiyi Region Liqasının yarımfinal və final oyunlarının keçiriləcəyi şəhərlər müəyyənləşib.

Fanat.Az assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, "Cəbrayıl” və “Qusar” komandaları arasında ilk yarımfinal oyunu mayın 14-də Bakıda olacaq. "ASK Arena"dakı matç saat 16:00-da başlayacaq.

“Xan Lənkəran” və “Araz Naxçıvan” komandaları arasındakı ikinci yarımfinal qarşılaşması bir gün sonra eyni vaxtda, eyni məkanda baş tutacaq.

Region Liqasının final qarşılaşması isə mayın 20-də Şamaxı şəhər stadionunda gerçəkləşəcək. Əvvəlcə saat 13:00-da 3-cü yer uğrunda oyun, 16:00-da isə həlledici matç baş tutacaq.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər