Region Liqasının debütantı milli üzvü ilə gücləndi

Region Liqasının debütantı milli üzvü ilə gücləndi

Yeni yaradılan "Təkan" komandası daha bir transfer reallaşdırıb. 

Bu barədə Fanat.Az-a komandanın baş məşqçisi Zeynalabdin Hüseynov məlumat verib.  

Region Liqasında çıxış etməyi hədəfləyən "Təkan" çimərlik millimizin qapıçısı Vaqif Şirinbəyovu heyətinə qatıb. Onunla mövsümün sonuna qədər müddətə anlaşma əldə olunub.

Qeyd edək ki, 38 yaşlı qolkiperin son iş yeri 2-ci Liqa təmsilçisi "Şirvan" olub. 

"Təkan" bundan əvvəl Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Ramazan Abbasovu, həmçinin Premyer Liqa təcrübəsi olan Hüseyn İsgəndərovu rənglərinə bağlayıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər