Referi "Qarabağ"ın oyununda çaşbaş qaldı

Referi "Qarabağ"ın oyununda çaşbaş qaldı

Hazırda davam edən "Sumqayıt” - "Qarabağ” matçında futbolda nadir hallarda rast gəlinən olay yaşanıb.

 

 

Fanat.Az xəbər verir ki, referi Orxan Məmmədov və köməkçiləri kuryoz hadisə zamanı başlarını itirib.

Belə ki, matçın 20-ci dəqiqəsində ağdamlıların xorvat legioneri Filip Ozobiç "kimyaçılar”ın qapısını dəqiq nişan alıb. Bu zaman qapı toru ilə bağlı problem arenaya toplaşan hər kəsi çaşdırıb. Qonaqlar hakimin qolu qeydə almadığını görüb və dərhal onların üzərinə şığıyaraq haqlarını tələb edib. Buna topun qapı torunu deşərək keçməsi səbəb olub. Baş hakim yan xətt hakimi ilə söhbət edərkən onlara qulaqcıq vasitəsilə topun qapıya daxil olduğunu söyləyiblər.

 

 

Hakimlərə bu işdə "Sumqayıt”ın müdafiəçisi Vurğun Hüseynov da yardım edib. Kapitan etirafda bulunaraq "qarapaltarlılar”a epizodun qol olduğunu bildirib.

 

 

Fanat.Az

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər