"Real"ın oyunçusunda koronavirus aşkarlandı - Məşqlər dayandırıldı

"Real"ın oyunçusunda koronavirus aşkarlandı - Məşqlər dayandırıldı
"Real" idman klubu karantin tətbiq edib.
Fanat.Az "La Sexta"ya istinadən xəbər verir ki, "Real"ın basketbol komandasında çıxış edən oyunçulardan birində koronavirus aşkarlanıb. Bu səbəbdən klub rəhbərliyi karantin tətbiq etmək qərarına gəlib.
Karantin "Real"ın həm basketbol, həm də futbol komandasına aiddi. Madrid futbolçularının bu gün səhər keçirilməli olan məşq sessiyası təxirə salınıb.
Qeyd edək ki, "kral klubu"nun basketbol və futbol komandaları Valdebebasdakı kompleksdə məşq edirlər. Bu səbəbdən məhdudlaşdırıcı tədbirlər hər iki idman növünü təmsil edən atletlərə şamil olunacaq.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər