"Real Madrid"in yetirməsi "Qarabağ"a qarşı oynamayacaq

"Real Madrid"in yetirməsi "Qarabağ"a qarşı oynamayacaq

“Qarabağ”ın UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində rəqibi olan “Lex” əsas futbolçularından birini itirə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı Polşanın "Gol.24" saytı yayıb.

Mənbə "Lex"lə müqaviləsinin müddəti başa çatan Dani Ramires klubdan ayrılacağını bildirib. 

Poznan təmsilçisi sözügedən oyunçunu saxlamaq uğrunda bir neçə dəfə cəhd etsə də, 30 yaşlı ispan ABŞ və Türkiyədən olan təklifləri nəzərdən keçirmək niyyətindədir.

Qeyd edək ki, Ramires "Real Madrid" akademiyasının yetirməsidir və həmin komandanın əvəzedicilərində çıxış edib.

Xatırladaq ki, iyulun 5-də keçiriləcək “Lex” – “Qarabağ” matçı saat 22:00-da başlayacaq. Cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.

Emin

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər