"Real Madrid"in təcrübəli müdafiəçisi Antonio Rudiger mövsümün sonunda İspaniya nəhəngini tərk edə bilər.
Fanat.Az xəbər verir ki, 33 yaşlı almaniyalı stoperin müqaviləsi mövsümün sonunda başa çatır və onun komandadan ayrılma ehtimalı müqaviləni yeniləmək şansından daha yüksək qiymətləndirilir.
Bu barədə məlumatı məşhur insayder Xorxe Pikon yayıb.
Müdafiə xəttində İbrahima Konate və Din Höysenlə rəqabətdə geri qalan Rudigerin gedişindən sonra "kral klubu" 2027-ci ildə mərkəz müdafiəsinə yeni transfer reallaşdırmağı planlaşdırır