Ramil Şeydayev rəsmən “Qarabağ”da - FOTO

Ramil Şeydayev rəsmən “Qarabağ”da - FOTO

“Qarabağ” bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Fanat.Az xəbər verir ki, ölkə çempionu millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

 

Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb.

 

Ötən yay “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

 

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.

Ramil Şeydayev rəsmən “Qarabağ”da - FOTO

Fanat.Az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər