Az öncə "Qarabağ" "Facebook" səhifəsi vasitəsi ilə kreativ transfer xəbəri paylaşıb.
Ağdam təmsilçisinin mətbuat xidməti transfer barədə maraqlı ipucu verib. Yeni transferin imza atarkən çəkilmiş əlinin fotosu "Sabaha saxlamırıq" şərhi ilə paylaşılıb.
Məlum olur ki, bu transfer "Sabah"ın futbolçularından biridir. Fanat.Az olaraq ipucunu araşdırıb bu futbolçunun Ramil Şeydayev olduğu qənaətinə gəldik.
Niyə məhz Ramil Şeydayev? Diqqətli oxucular xatırlayar ki, bir neçə gün öncə Ramil Şeydayevin "Sabah"dan ayrıldığı xəbərini vermişdik.
Röya