Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

Rahid Əmirquliyev yenidən "Səbail"ə döndü

Yeni mövsüm üçün heyətini gücləndirməyə çalışan “Səbail” sabiq kapitanı Rahid Əmirquliyevi yenidən heyətinə cəlb edib.

Fanat.Az xəbər verir ki, informasiyanı klubun mətbuat xidməti yayıb.

Tərəflər arasında 1+1 illik müqavilə imzalanıb.

Əmirquliyev 2018–2023-cü illərdə “Səbail”in şərəfini qoruyub, komandanın kapitanı kimi klubun uğurlarında mühüm rol oynayıb.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi karyerası ərzində Azərbaycan çempionatları tarixində 451 oyun keçirib. O, “Səbail”in heyətində isə 120 rəsmi qarşılaşmada meydana çıxıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər