"Qurbanov "Qarabağ" üçün kimdirsə, Aftandil Hacıyev də..." 

"Qurbanov "Qarabağ" üçün kimdirsə, Aftandil Hacıyev də..." 

"Səbail" klubu yeni mövsümə ilk növbədə baş məşqçi dəyişikliyi ilə başlamağa qərar verdi.

Bayıl klubu 2018-ci ildən komandaya rəhbərlik edən və cəmi on gün əvvəl yeni müqaviləyə imza atan Aftandil Hacıyevlə yollarını ayırıb vakant posta Mahmud Qurbanovu gətirdi.

Klub rəhbərliyinin bu addımı futbol ictimaiyyəti tərəfindən birmənalı qarşılanmadı. Bəs Hacıyevin Qurbanovla əvəz edilməsinə "dənizçilər"in fanatlarının  münasibəti necədir? "Qurbanov "Qarabağ" üçün kimdirsə, Aftandil Hacıyev də..." Fanat.Az "Səbail"in fanklubunun başçısı Atif Rüstəmlinin rəhbərliyin qərarına münasibətini öyrənib:

"Aftandil müəllimin getməsi bizim üçün də sürpriz həmdə üzücü oldu. Çünki onunla yeni müqavilə bağlanmışdı. Aftandil Hacıyev bizim üçün doğma, sevimli məşqçidir. "Qarabağ"da Qurban Qurbanov kimdirsə, bizim üçün də Aftandil müəllim odur...  

"Qurbanov "Qarabağ" üçün kimdirsə, Aftandil Hacıyev də..." 

İnşallah, Aftandil müəllimə də, "Səbail" üçün də xeyirlisi nədirsə, o olsun. Aftandil müəllim hər zaman bizim qəlbimizdədir.    O ki qaldı Mahmud Qurbanova, o, gənc məşqçilərdən sayılır. Ümüdvarıq ki,  Mahmudov "Səbail"də uğurlu nəticələr əldə edəcək. Rəhbərlik növbəti mövsüm üçün komanda üçün müəyyən addımlar atacaq, büdcənin artırıldığını açıqlayıblar. İnşallah, gələn mövsüm "Səbail" və Mahmud Qurbanov üçün uğurlu olar. Azarkeşlər olaraq, hər zaman komandanın yanındayıq və sona kimi dəstək göstərəcəyik. Təki istədiyimiz nəticə əldə olunsun". 

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər