Qurban Qurbanovun oğlu het-trik etdi, “Qarabağ” 7 qola vurdu

Qurban Qurbanovun oğlu het-trik etdi, “Qarabağ” 7 qola vurdu
I divizionda III turun oyunları keçirilib.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə 3 qarşlaşma baş tutub. 
MOİK evdə "Keşlə-2"yə 3:2, "Səbail-2" "Sabah-2"yə 3:1 hesabı ilə qaliib gəlib, "Kəpəz" - "Sumqayıt-2" görüşündə qalib müəyyənləşməyib.
Turun qalan 3 oyunu bu güm keçirilib. "Zirə-2”nin qonağı olan "Qarabağ”ın əvəzedici komandası isə darmadağına sevinib - 7:1. Bu oyunda Ağdam təmsilçisinin əsas komandasının baş məşqçisi Qurban Qurbanovun oğlu - Musa Qurbanlı het-triklə yadda qalıb.
"Qaradağ Lökbatan” - "Ağsu” matçında qapılara qol vurulmayıb. Səfərdə "Neftçi-2” ilə qarşılaşan "Turan Tovuz” minimal hesabla qalib gəlib. Tovuz təmsilçisi 3 oyunda da qələbə qazanan yeganə komandadı.
Qeyd edək ki, bu turda "Zaqatala” istirahət edib.
I divizion
2019/20 mövsümü
I dövrə, III tur
13 sentyabr
Kəpəz - Sumqayıt-2 1:1
Qollar: Fuad Bayramov, 65 (avtoqol) - İbrahim Əliyev, 3.
Səbail-2 - Sabah-2 3:1
Qollar: Bahadur Həziyev, 20. Kənan Quliyev, 45+1. Vidadi Cəfərov, 51 - Murad Bağırov, 63.
MOİK - Keşlə-2 3:2
Qollar: Tural Qürbətov, 37; 74. Camal Camalov, 90+4 - Xəzər Mahmudov, 38. Əli Əliyev, 88 (avtoqol).
14 sentyabr
Zirə-2 - Qarabağ-2 1:7
Qollar: Tapdıq Əhmədov, 41-pen - Müşfiq İlyasov, 9 (avtoqol). İzzət Müştaqov, 14. Musa Qurbanlı, 28; 52-pen; 75. Nihad Tamazov, 61. Cavid Bayramov, 76.
Neftçi-2 - Turan Tovuz 0:1
Qollar: Emin Bağırov, 20.
Qaradağ Lökbatan - Ağsu 0:0
 

№

Klub

O

Q

H/H

M

T/F

X

1

Turan T.

3

3

0

0

9:4

9

2

Səbail-2

3

2

0

1

6:4

6

3

Sabah-2

3

2

0

1

4:4

6

4

Neftçi-2

3

1

1

1

4:2

4

5

MOİK

2

1

1

0

5:4

4

6

Ağsu

3

1

1

1

5:5

4

7

Sumqayıt-2

3

1

1

1

3:4

4

8

Zaqatala

2

1

0

1

3:3

3

9

Qarabağ-2

2

1

0

1

9:4

3

10

Kəpəz

3

0

3

0

5:5

3

11

Keşlə-2

3

0

2

1

5:6

2

12

Qaradağ L.

3

0

1

2

4:8

1

13

Zirə-2

3

0

0

3

5:13

0

Bombardirlər

Tural Qürbətov (MOİK), Tapdıq Əhmədov (Zirə-2), Musa Qurbanlı (Qarabağ-2) - 3.

Qeyd

II turda "Sumqayıt-2"yə 0:3 hesablı texniki məğlubiyyət verilib.

Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər