Qurban Qurbanov “Qarabağ”la “600”ə çatdı

Qurban Qurbanov “Qarabağ”la “600”ə çatdı

Qurban Qurbanov “Qarabağ”ın baş məşqçisi kimi 600-cü oyununu keçirib.

Fanat.Az xəbər verir ki, yubiley matçı Premyer Liqanın XXIV turuna təsadüf edib.

“Qəbələ” ilə səfərdəki qarşılaşmada Ağdam klubu Qurbanovun baş məşqçiliyi dövründəki yubiley oyununda 2:0 hesabı ilə qalib gəlib.

50 yaşlı mütəxəssisin bu vəzifəyə təyin olunduğu 2008-ci ilin yayından indiyədək bütün turnirlərdə baş tutan ümumilikdə 600 matçda “Qarabağ” 337 qələbə qazanıb. Qurbanovun yetirmələri 153 dəfə heç-heçəyə imza atıb. Onun komandası 110 dəfə məğlubiyyətlə üzləşib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər