Qurban Qurbanov "Qarabağ"ın zədəlilərinin vəziyyətini açıqladı

Qurban Qurbanov "Qarabağ"ın zədəlilərinin vəziyyətini açıqladı

"Qarabağ"ın "Sürix"lə UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyununda (2:2) zədələnən futbolçularının - Kevin Medina, Maksim Medvedev və Marko Veşoviçin son durumu bəlli olub.

Fanat.Az xəbər verir ki, müdafiəçilərin vəziyyətini komandanın baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında açıqlayıb.

"Köhlən atlar"ın çalışdırıcısı belə danışıb: "Medinanın zədəsi ciddi ola bilər. Bakıya qayıtdıqdan sonra daha dəqiq diaqnoz qoyulacaq. Digərlərinin zədəsi isə yorğunluqla bağlıdır. Ciddi problemləri yoxdur".

Qeyd edək ki, "Qarabağ" Bakıda 3:2 hesabı ilə yendiyi "Sürix"lə səfərdə bərabərə qalaraq ÇL-in 3-cü təsnifat mərhələsinə yüksəlib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər