"Zirə"nin məşqçisi "Kəpəz"lə oyundan danışdı

"Zirə"nin məşqçisi "Kəpəz"lə oyundan danışdı

Ayxan Abbasov "Kəpəz"lə oyunla (2:2) bağlı fikirlərini bildirib. Fanat.az xəbər verir ki, “Zirə”nin məşqçisi bunları deyib:

"Çempionatın ən maraqlı oyunlarından birinə şahidlik etdik. Düşünürəm ki, oyunu oxşar komandalar mübarizə apardı. Qəbələ səfərindən sonra heyətdə müəyyən yorğunluq vardı. Oyunun əvvəlində qol buraxsaq da, sonradan toparlanıb hesabda önə keçdik.  Qırmızı vərəqədən sonra müdafiə olunmağa məcbur olduq. Rəqib bərabərlik qolunu vursa da, futbolçulardan razıyıq. 3 gün sonra bizim “İnter”lə çətin oyunumuz var. Kollektivimiz genişdi, təcrübəli oyunçularımız az deyil. Qarşıdakı oyuna hazırlaşıb, öz oyunumuzu sərgiləyəcəyik. Hər oyun bizim üçün təcrübədi. Düşünürəm ki, bu oyunda bizim üçün 1 xal yaxşı nəticədi".

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər