"Zirə"nin hücumçusu "Kəpəz"ə keçir

"Zirə"nin hücumçusu "Kəpəz"ə keçir

"Zirə"nin hücumçusu karyerasını "Kəpəz"də davam etdirməyə yaxındır.

Fanat.Az-ın əldə etdiyi məlumata görə, bu, "qartallar"ın əvəzedici komandasının 21 yaşlı futbolçusu Şahmar Aşurovdur.

Aşurovun keçidi hələ həllini tapmasa da, bunun yaxın günlərdə reallaşmaq ehtimalı yüksəkdir.

Xatırladaq ki, "sarı-göylər" Misli Premyer Liqasında keçirdikləri ilk 7 matçda xal qazana bilməyiblər. Komandanı hazırda Azər Bağırov çalışdırır. O, 6-cı turdan sonra istefaya göndərilən Adil Şükürovu əvəzləyib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər