"Zirə"dən daha bir transfer

"Zirə"dən daha bir transfer
Yeni mövsüm üçün transfer çalışmalarını davam etdirən "Zirə" heyətini daha bir futbolçu ilə gücləndirib. 
Fanat.az xəbər verir ki, komandanın yeni transferi Milan Duriç bu gün ictimaiyyətə təqdim olunub. 
Serbiyalı yarımmüdafiəçi ilə iki illik müqavilə imzalanıb. Futbolçu ötən mövsüm Xorvatiyanın "İstra” klubunda oynayıb. Bundan əvvəl 3 il müddətində, 2013-2015-ci illərdə Serbiya təmsilçisi "Yaqodina”da çıxış edən Milan həmçinin, ölkəsində "Pekar” və Makedoniyada "Metallurq”un formasını geyinib.
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər