"Zirə" "Şamaxı"ya qalib gəldi

"Zirə" "Şamaxı"ya qalib gəldi

Mövsümün ikinci hissəsinə Bakıda hazırlaşan "Zirə" ilə "Şamaxı" yoxlama oyununda üz-üzə gəliblər.

Fanat.Az xəbər verir ki, Zirə Olimpiya Kompleksində baş tutan görüş meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Hesabı 3-cü dəqiqədə "Şamaxı"dan Rafael Məhərrəmli açsa da, Rəşad Sadıqovun komandası fasilədən sonra 3 qol vuraraq qələbə qazanıb. "Zirə"nin qollarını 54-cü dəqiqədə Elçin Əlicanov, 64-də Eldar Quliyev və 89-da Ceyhun Nuriyev vurublar.

"Zirə" oyuna bu heyətlə çıxıb: Tiaqo Silva, Ange Mutsinzi, Ruan Renato, Qismət Alıyev(K), Məqsəd İsayev, Toni Qomes, İsmayıl İbrahimli, Yusuf Laval, Rafael Utziq, Davit Volkov

İkinci hissədə oynayan futbolçular: Aydın Bayramov (Səlim Həşimov), Elçin Əlicanov, Yusif Hacıyev, İssa Cibrilla, İldar Alekperov, Eldar Quliyev, Pyer Zebli, Fuad Bayramov, Ceyhun Nuriyev (K), Junior Martins, Şahmar Aşurov (Yelmar Aşurov)

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər