"Zirə" ilə oyundan öncə "Kəpəz"də üzlər gülür

"Zirə" ilə oyundan öncə "Kəpəz"də üzlər gülür

Misli Premyer Liqasının (MPL) 32-ci turu çərçivəsində sabah Tovuzda "Zirə"ni qəbul edəcək "Kəpəz" oyunun hazırlıqlarını davam etdirir. 

 "Sarı-göylər"in sözçüsü Azad Mustafayevin Fanat.Az-a verdiyi məlumata görə, yalnız bir futbolçunun "qartallar"la matçda meydana çıxa bilib-bilməyəcəyi sual altındadır:

"Cəzalı oyunçumuz yoxdur. Yalnız müdafiəçi Rauf Hüseynlinin müəyyən zədəsi var ki, onun da matçın başlama saatınadək hansı vəziyyətdə olacağı dəqiq bilinmir. Belə desək, bu gün üçün oynamaq ehtimalı 50-nin 50-yədir".

Qeyd edək ki, "Kəpəz" - "Zirə" matçı 19:00-da start götürəcək. 31 oyuna 61 xal toplayan qəsəbə təmsilçisi MPL-in tunrir cədvəlində 2-ci, Gəncə komandası isə (28 xal) 9-cu pillədə qərarlaşıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər