"Zirə" Estoniya təmsilçisi ilə cavab oyununa çıxır

"Zirə" Estoniya təmsilçisi ilə cavab oyununa çıxır

UEFA Konfrans Liqasında 2-ci təsnifat mərhələsinə yekun vurulur.

Fanat.Az xəbər verir ki, Azərbaycan təmsilçisi "Zirə" də bu gün növbəti sınağına çıxacaq.

Rəşad Sadıqovun baş məşqçisi olduğu "qartallar" Sumqayıtda "Payde" ilə cavab görüşünə çıxacaqlar. "Socar Polimer Arena" təşkil olunacaq oyun saat 20:00-da başalayacaq. 

Ötən həftə Estoniyada baş tutan ilk oyunda 0:1 hesablı məğlubiyyətə üzülən "Zirə" bu gün revanş almağa, beləliklə, mərhələni adlayan tərəf olmağa çalışacaq. 

Qeyd edək ki, "Zirə" - "Payde" cütünün qalibi 3-cü təsnifat mərhələsində "Santa Koloma" (Andorra) - "Rapid" (Avstriya) cütünün güclüsü ilə üz-üzə gələcək.

UEFA Konfrans Liqası 2-ci təsnifat mərhələsi, cavab oyunu 30 iyul

20:00. Zirə - Payde (Estoniya) Hakimlər: Patrik Kolariç, İvan Yaniç, Dino Knez, Patrik Pavleşiç (hamısı Xorvatiya) Sumqayıt. "Socar Polimer Arena".  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər