"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

"Zirə" debütantla oyuna tam heyətlə hazırlaşır

Misli Premyer Liqasının açılış turunda "Şəfa"nı qəbul edəcək "Zirə"nin heyəti ilə bağlı son vəziyyət bəlli olub.

Məlumatı Fanat.Az-a "qartallar"ın sözçüsü Elmar Abdullazadə verib:

"Adı sifariş ərizəsində olan futbolçular arasında nə zədəli var, nə də cəzalı. Komanda "Şəfa" ilə oyuna tam heyətlə hazırlaşır".

Xatırladaq ki, "Zirə" - "Şəfa" qarşılaşması avqustun 16-da keçiriləcək. Zirə İK stadionunda reallaşacaq görüşün start fiti 21:00-da səsləndiriləcək.

Nihat  

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər