"Zədəmi tam sağaldıb qayıtmağı düşünürəm" - Elvin Yunuszadə

"Zədəmi tam sağaldıb qayıtmağı düşünürəm" - Elvin Yunuszadə

Türkiyə Birinci Liqasında mübarizə aparan "Boluspor"un heyətində azərbaycanlı futbolçu Elvin Yunuszadə də çıxış edir.

Fanat.Az xəbər verir ki, Elvin bu mövsüm "qırmızı-ağlar"ın keçirdiyi 7 görüşün 2-də əsas heyətdə çıxış edib.

Azərbaycanlı müdafiəçidən uyğunlaşma prosesini, legioner həyatını və gələcək hədəfləri barədə soruşduq:

"Çempionatın başlamasına 4-5 gün qalmış məşqlərə qoşuldum. İlk matçda da görüşə əsas heyətdə çıxdım. Oyun zamanı ayağımda ağrı hiss etdim. Daha sonra bərpa üçün 2-3 həftə müalicə aldım. Özümü hazır hiss edirdim. "Bandırma Spor" səfərində də matça əsas heyətdə başladım. Lakin görüşün ortalarında ağrılarım oldu. Qarşılaşmanın 59-cu dəqiqəsində meydandan çıxdım. Zədəmi tam sağaldıb qayıtmağı düşünürəm".

Qeyd edək ki, Elvin Yunuszadə "Sabah", "Səbail" "Qarabağ", "Qəbələ", "Neftçi", "Kəpəz", "Şamaxı", "Karvan-Yevlax" kimi Azərbaycan klublarının şərəfini qoruyub.

Əlisahib İbrahimli

 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər