"Yuventus"la "Mançester Yunayted" ulduzlarını dəyişirlər

"Yuventus"la "Mançester Yunayted" ulduzlarını dəyişirlər

İtaliyanın "Yuventus" və İngiltərənin "Mançester Yunayted" klubları qış "transfer pəncərəsi"ndə oyunçularını dəyişdirə bilərlər.

Fanat.Az xəbər verir ki, bu barədə "Talksport" məlumat yayıb .

Xəbərə görə, "qoca sinyora" Coşua Zirkzenin qarşılığında Duşan Vlahoviçi İngiltərə klubuna təklif edib.

Turinlilər uzun müddətdir ki, niderlanlını izləyirlər və onu əldə etmək üçün 2022-ci ildə 83 milyon avro ödədiyi Vlahoviçi qarşı tərəfə göndərməyə hazırlaşırlar.

Xatırladaq ki, Zirkze 6 ay əvvəl 42,5 milyona mankunianlılara keçib.

Vlahoviç bu mövsüm bütün turnirlərdə 25 matçda 12 qol vurub və 3 məhsuldar ötürmə edib, Coşua isə 28 matçda "4+2"-lik (qol+assist) göstərici ilə yadda qalıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər